PUTİN DAHA NEFTƏ GÜVƏNƏ BİLMƏZ! - Rusiya iqtisadiyyatı “dibə vurur”

Belə görünür ki, hazırda Rusiya iqtisadiyyatı özünün ən dib nöqtəsinə çatıb və bundan sonra canlanma fazasına qədəm qoyur. Üçüncü rübün nəticələrinə aid məlumatların dərci göstərir ki, Rusiya iqtisadiyyatı indiki neft qiymətləri ilə sankı özünün normal vəziyyətini tapıb. Lakin belə şərtlər daxilində sabitlik etibarsızdır. Ölkədə yeni bir iqtisadi geriləmənin başlanmaması üçün neftin qiymətinin azacıq qalxması lazımdır. Əgər neftin qiyməti aşağı sürüşərsə, onda bununla birlikdə Vladimir Putin tərəfindən reklam olunan sosial proqramlar da kəsiləcək.

İyuldan sentyabradək ölkədəki Ümumi Daxili Məhsul keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,1% aşağı düşüb. Bu isə analitiklərin proqnozlaşdırdıqları mənfi 4,3%-dən yaxşıdır. Digər tərəfdən isə öncəki iki rübə nisbətən sənayə istehsalının 0,1% artdığı qeyd edilir. Əgər belə bir ənənə növbəti iki rübdə də saxlanılarsa, onda Qərbin tətbiq etdiyi sanksiyalara baxmayaraq, Putin öz köməkçiləri ilə birlikdə bəyan edəcəklər ki, ölkə bu cür xoşagəlməz vəziyyətin öhdəsindən gələ bilib.

Amma iqtisadiyyatla bağlı olan son göstəricilər bir qədər yanlış və səhvdir. Çox cüzi yaxşılaşmanın səbəbi isə enerji resurslarının hasilatının artırılması ilə bağlıdır və daxili bazar hələ dib nöqtəsinə çatmayıb. Çünki illik göstəriciyə əsasən sentyabrda pərakəndə satışda 10,4% geriləmə qeyd edilib. Bu isə 2015-ci ildə baş verən ən böyük azalmadır. İyul-sentyabr arasındakı rüblük azalma 9,5%-dir. İnvestisiyaların azalması da davam edir. Beləki, üçüncü rübdə investisiya yeddi faiz azalıb və bu isə 2010-cu ildən sonra ən böyük düşüşdür. Bütün bunların hamısı göstərir ki, Rusiya iqtisadiyyatı 1998-ci ildəki defoltdan sonrakı dövrdə olduğu kimi, idxal məhsullarının yerini yerli istehsalla əvəzləyə bilmir. Putin ixrac məhsullarının tezliklə və sürətlə daxili resurslarla əvəzlənməsinə cəhd göstərir. Hətta məlumdur ki, bunun üçün xaricdən gətirilən xeyli adda Qərb məhsullarına embarqo da tətbiq olunur.

Rublun məzənnəsinin kəskin düşüşü rusiyalıları daha az xərcləməyə məcbur edib. Qiymətlər 16% yüksəlib, ancaq özəl şirkətlər repressiv üsullarla vəziyyətin tənzimlənməsini önləməyə böyük yardım göstərəcək yerli istehsalın inkişafı üçün vəsait qoymurlar.

Hökumət iqtisadiyyatın böyüməsi üçün karbohidrogenlərdən başqa digər bir mənbə görmür. Ona görə də, indi onlar 2008-ci ildən sonra ilk dəfədir ki, illik büdcə planlaması üzərində dayanıblar. Daha sabit zamanlarda Rusiya üç illik büdcə tərtib edirdi. 2016-cı ilin büdcəsinin gəlir və xərcləri təxminən 2015-ci ilin rəqəmlərinə uyğundur. Ancaq Maliyyə Nazirliyi xəbərdarlıq edir ki, büdcə üçün nəzərdə tutulan 13,7 trilyon rubl gəlirin bir trilyon rublu kəsir ola bilər.

Bu cür potensial pul çatışmamazlığı neftlə əlaqədardır. Rusiya büdcəsini “Brent” markalı neftin qiymətinin 50 dollar səviyyədə olması şərtinə uyğun hesablayıblar. Sərbəst üzməyə buraxılmış rubl “Brent” markalı neftin qiymətinin ardınca hərəkət edir. Bütün bunların nəticəsində ruslar daha az xarici mallar alacaq və digər ölkələrə daha az turist səyahətinə çıxacaqlar, lakin baş verənlər Putini xüsusi olaraq narahat etmir. Rusiyalılar üçün bədbəxtlik ondadır ki, onlar dünya bazarına “Brent” markalı neft deyil, ”Ural” markalı neft çıxarırlar. Hal-hazırda “Ural” markası “Brent”ə nisbətən dörd dollar ucuzdur. Bunun səbəbi Səudiyyə Ərəbistanı tərəfindən rəqabətin gücləndirilməsidir. Artıq səudiyyəlilər rusların ənənəvi bazarı sayılan Polşa və İsveçə neft göndərməyə başlayıb. Gələn il qiymətlər arasındakı fərq, İranın Avropa bazarına neft göndərməsi ilə daha da böyüyə bilər.

“Ural” markalı neftin qiymətinin düşməsi Rusiyanın ixracatdan əldə etdiyi gəlirlərə təsir etsə də, bu rublun məzənnəsində özünü büruzə verməyəcək. Çünki “Ural” nefti valyuta bazarı üçün etalon rolu oynamır. Ümumiyyətlə isə “Brent” və “Ural” markalarının qiymətləri arasındakı fərqin artışı Rusiya büdcəsinə çox ciddi şəkildə zərbə vuracaq. Hələki büdcə layihəsinin 2,8%-nin kəsirlə formalaşdırılması məsələsi parlamentin müzakirəsindədir. Hökumət büdcə kəsirini aşağı səviyyədə saxlamaqla, həm də pensiyalar üçün inflyasiya göstəricilərinin üçdə bir hissəsini qapada biləcək artım planlaşdırır. Amma həmin artım pensiya alan, lakin buna baxmayaraq hələdə işləyən 15 milyon rusiyalıya şamil edilməyəcək.

Səhiyyəyə çəkilən xərclər 8%, təhsilə çəkilən xərclər isə 8,5% azalacaq. Rusiya regionları federal subsidiyaların bir qismindən məhrum oalcaqlar.

Bu arada Putin hökuməti büdcənin 19%-ni yeyən hərbi xərcləri azaltmaq niyyətində olmadığı kimi, onların ümumi dövlət xərclərini kəsmək planları da yoxdur. Məsələ ilə əlaqədar olaraq, “Vedemosti” qəzeti yazır: ”Bu yaşamaq uğrunda büdcə yox, hakimiyyəti saxlamaq uğrunda büdcədir”.

Hökumət neftin qiymətinin qalxmasını gözləyir. Əgər biz Beynəlxalq Enerji Agentliyinin proqnozuna diqqət etsək, onda bunun baş tutacağının xeyli şübhəli olduğunu görərik. Ancaq Rusiya hakimiyyəti rus xalqının dözümlülüyünə güvənir. Əgər xalq hakimiyyətə qarşı narazılığını ifadə edərsə, onda belə olan halda təhlükəsizlik orqanlarına çəkilən xərclər özünü doğruldacaq və hökumət iğtişaşların qarşısını ala biləcək. Yəqin ki, bu əminlik ən azından yaxın perspektiv üçün neftə güvəndən daha az risklidir. Lakin bu cür siyasəti çox çətin ki, uzaqgörənlik adlandırmaq olar.

(Bloomberg)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar