KİLLER GENERAL ÇOVDAROVUN CƏLLADLARI - 2 polkovnik haqda məlumatlar

Killer general Akif Çovdarovun ən qəddar əlaltıları polkovnik-leytenant Vüqar Muxtarov və polkovnik Səlim Məmmədov haqda criminal.az saytı isə ilginc məlumatlar yayıb. Məlumatlarda deyilir ki, bir çox iş adamları məhz onlar tərəfindən amansız işgəncəyə və qeyri-insani rəftara məruz qoyulublar. Vüqar Muxtarov və Səlim Məmmədov Akif Çovdarovun ən etibarlı adamları olub. MTN-də kök salmış kriminal qruplaşmanın “boz kardinalı” ən mühüm işlərin dalınca məhz onları göndərib.

Muxtarov və Məmmədov iş adamlarının evlərində aparılmış qanunsuz axtarışlar zamanı qəsb olunmuş qızıl-zinət əşyalarını Gürcüstanda realizə etməklə də məşğul olublar. MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin işçisi Səlim Məmmədov bir neçə ay əvvəl pensiyaya çıxıb. Polkovnik-leytenant Vüqar Muxtarov isə hələ MTN-də işləyir.

Səlim Məmmədov və Vüqar Muxtarov Akif Çovdarov işdən çıxarılan andan başlayaraq narahat olmağa başlayıblar, evlərindəki qızıl, pul və qiymətli əşyaları çıxarıblar. Hətta qızıl-briliyantlarını etibarlı hesab etdikləri qohumlarının evinə yerləşdirmək istəyiblər. Bundan başqa Akif Çovdarovun yaxın qohumunun Vuqar Muxtarovun qayınları ilə şərikli biznesləri var.

Akif Çovdarovun tabeliyində çalışan Vüqar Muxtarovun isə aksiz (markası ) biznesi mövcuddur. Vüqar Muxtarovun qayınları respublikaya qeyri-qanunu yolla gətirdikləri aksiz markasını onun “krışalığı” ilə satırlar. Vüqar Muxtarovun qaynı (hələlik adı gizli saxlanılır) illər öncə Daxili İşlər Nazirliyindən ölkədə sensasiya yaratmış insan alveri cinayətinə görə işdən azad olunub. Vüqar Muxtarovun qayınının həbs olunması və Bakıxanov qəsəbəsindəki evində axtarış aparıldığı da deyilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları artıq Səlim Məmmədovu saxlayıb.

Ötən gün yayılmış məlumata görə, Səlim Məmmədovun evində axtarış aparılıb, onun özü isə nəzarətə götürülüb. Çovdarovun ikinci cəlladına – polkovnik-leytenant Vüqar Muxtarova gəlincə isə hazırda onun da saxlanması üçün tədbirlər görülür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar