MTN GENERALININ XANIMINDAN MARAQLI AÇIQLAMALAR - "Bir obyekti belə yoxdur..."

"Antiterror idarəsində zülm çəkib bu insan..."

Milli Təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Hilal Əsədovun işdən çıxarılması ilə bağlı yayılan məlumatlara xanımı, Bakıdakı poliklinikaladan birinin baş həkimi işləyən Nüşabə Əsədova aydılıq gətirib.

N.Əsədova criminal.az-a açıqlamasında bildirdi ki, Hilal Əsədov hazırda işdədir, MTN-də öz kabinetdində iş başındadır: ''Onun işdən çıxarılması ilə bağlı məlumatları bizi sevməyən düşmənlər yalandan yayır. Ancaq onların arzuları ürəklərində qalır. Hilal Əsədov bu dəqiqə işdədir, MTN-də kabinetində oturub. Onun işdən çıxarılması yalandır. Prezidentin sərəncamı nə vaxt olub ki? Bunu yəqin kimsə məqsədli şəkildə yayır. Hilal müəllimin vəzifəsi elədir ki, onu çıxarmaq üçün ancaq prezidentin sərəncamı olmalıdır. Bunun üçün ancaq prezident qərar verə bilər. Kimsə ağzına gələni yazdırır, axu bu düz deyil''.

Baş həkim deyir ki, bir neçə gün əvvəl yaşadıqları evin şəkilini də çəkiblər, deyirlər guya evdə axtarış olub. Kiminsə kimsəni cəzalandırması düz deyil axı..

N.Əsədova həyat yoldaşının Bakıda otelləri və obyektləri olması məsələsinə də aydınlıq gətirib: ''Otelimiz, obyektimiz var ki əlimizdən də alınsın? Həyat yoldaşımın bir obyekti belə yoxdur. O, təmiz işləyən adam olub. Hilal müəllim dövləti, milləti üçün təmiz işləyən bir şəxsiyyətdir. Hardadır o obyektlər? Göstərsinlər, mən də yerini tanıyım. Murdar adamla yayır belə məlumatları. Siz gəlib evimə, bağıma baxsanız, görərsiniz ki heç nəyimiz yoxdur. Bir obyekt belə yoxdu, hələ onu sayını çoxaldırlar. Belə bir misal var: yaddan çıxıb gözdən düşmə amandır. Yəqin bizi yaddan çıxmağa qoymurlar. Ona görə də Hilal müəllim haqda məlumatlar yayır, canfəşanlıq edirlər''.

Sonda nazir müavinin xanımı vəzifənin ömürlük olmadığını vurğuladı: ''Cıxaranda da çıxararlar. Vəzifə hamı üçün ömürlük deyil ki… Cənab prezident sərəncam verib çıxardar, canı sağ olsun. Vəzifə ancaq bizim üçün deyil ki. Çıxaranda da gedib xidməti təqaüdün alar. Yoldaşım 11 il MTN-də can qoyub. Antiterror idarəsində zülm çəkib bu insan. Niyə ağızlarına gələni yazırlar’’.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar