CAHANGIR HACIYEV MTN-də HACI MƏMƏDOVLA GÖRÜŞÜB- Xanımının qaçırılması ilə bağlı

Akif Çovdarovun şərlədiyi qardaşların taleyindən xəbər yoxdur

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla quda olduqdan sonra Hacı Məmmədovla şəxsən görüşüb. Görüş Eldar Mahmudovun dəstəyilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təcridxanasında baş tutub. İddialara görə, Cahangir Hacıyev görüşdə Hacı Məmmədovdan xanımının qaçırılması ilə bağlı olayın təfsilatını soruşub.

Hacı Məmmədovun dedikləri Cahangir Hacıyevlə Eldar Mahmudovun əlində rəqiblərinə qarşı rıçaq olub. Ümumiyyətlə, Eldar Mahmudov bir çox məmuru məhz Hacı Məmmədovun verdiyi bilgilər əsasında “verbovat” edib.

Redaksiyamıza daxil olan başqa məlumatda isə bildirilir ki, Eldar Mahmudovun yaratdığı dəstə xarici media ilə də fəal işləyib. Məlumata görə, dəstə hansısa məmuru sıradan çıxarmaq istədikdə xarici mətbuatda onun haqqında kompromat tipli materiallar dərc etdirirmiş. Dəstənin hədəfinə gələn məmurların sırasında xüsusilə maliyyə naziri Samir Şərifovun adını çəkmək olar.

MTN-in həbs edilən generalı Akif Çovdarov barədə də ilginc məlumat yayılıb. AXCP Ali Məclisinin sədri Həsən Kərimov “Facebook” səhifəsində yazıb ki, Akif Çovdarovun Badamdar qəsəbəsində özünün, qızının və oğlunun Badamdar qəsəbəsindəki villalarının ərazisi iki qardaşa məxsus olub.

Həmin şəxslər Akif Çovdarov tərəfindən şərlənərək həbs ediliblər. Bu günə qədər onların taleyindən xəbər yoxdur

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar