RUSİYA-İRAN İTTİFAQI PARÇALANACAQMI? – “Qərb, Suriyada bu ittifaqın dağılmasını gözləyir”

Suriyadakı qanlı döyüşlərə son qoyulması, müəyyənləşməyən ən vacib məsələ kimi, Moskva ilə Tehran arasındakı alyansın nə dərəcədə möhkəm olmasından asılıdır. Suriyada həyata keçirilən Rusiya ilə İranın birgə hərbi əməliyyatları, onlar arasındakı yüz il ərzində mövcud olmuş inamsızlığa qətiyyən uyğun gəlmir. Rusiya prezidenti Vladimir Putinin Tehran səfərində gündəlikdə dayanan əsas mövzunun Suriya məsələsi olmasına heç bir şübhə yoxdur. Bu, Rusiya rəhbərinin son səkkiz ildə İrana ilk səfəridir.

Londondakı “Chatham House” analitik mərkəzinin Suriya üzrə mütəxəssisi Kristofer Fillips hesab edir ki, İran və Rusiya Suriya məsələsində bir-biriləriylə “and içmiş dostlar” kimidir və onlar Yaxın Şərqdə ümumi maraqlar naminə birləşiblər. Ancaq buna baxmayaraq uzaq perspektivdə hər iki tərəfin müxtəlif maraqları var.

Kristofer Filips deyir: ”İran Moskvaya bu təkliflə müraciət etməyə məmnun olardı - əlavə olaraq bir neçə təyyarə göndərin və ya prezident Bəşər Əsəd pis vəziyyətdədir. Lakin əlbəttəki sonradan İran mürəkkəb vəziyyətlə qarşılaşacaq. Suriya artıq İranın əlaltısına çevrilməyə başlayacaqdı. İran bu ölkəyə çoxlu vəsait qoyub. Amma birdən Suriyada daha böyük oyunçu olan Rusiya peyda olub.

Analitiklər Moskva ilə Tehran arasındakı maraqlar nisbətini müxtəlif cür qiymətləndirirlər. İranın köməyi ilə yaradılmış hərbiləşmiş Milli Müdafiə Qüvvələrinin (MMO) taleyinin həll edilməsi uğrunda mübarizə potensial gərginliyin ilkin cücərtisi kimi görünür. Beləki, Qərb hökumətləri İran ilə Rusiya arasında münasibətlərə zərbə vurmaq üçün müəyyən zəmin axtarırlar.

Rusiya və Yaxın Şərq diplomatlarının sözlərinə görə, Moskva MMQ–nu ənənəvi olaraq Rusiyaya yaxın olan Suriya ordusunun tərkibinə daxil etmək ideyasını müzakirəyə çıxarır.

İndi hər şey bu planın necə həyata keçirilməsindən asılıdır və ümumiyyətlə rusiyalı ekspertlər həmin planın işə salına biləcəyinə şübhə ilə yanaşırlar. Üç il əvvəl İran ordusunun və hərbiləşmiş “Hezbolla” qrupunun köməyi ilə formalaşdırılmış MMQ ilə əlaqədar yaranmış problem, Tehran ilə daha geniş qarşıdurma törədə biləcəyini göstərir.

Gərginliyin bəzi əlamətləri artıq aydın şəkildə özünü büruzə verməkdədir. Bu yaxınlarda Rusiya baş nazirinin müavini Dmitri Raqozin İranla daha aktiv münasibətlər qurmağa çağırıb. O deyib: “Demək olmaz ki, İrandakı bütün siyası güclərin hamısı Rusiyanın strateji əməkdaş olması fikrini bölüşürlər. Ona görə də, hələ bizim bu yer uğrunda ciddi mübarizə aparmağımız lazımdır”.

Hələki Rusiya Suriyanın siyasi gələcəyi ilə bağlı məsələlərin həllində İranın da iştirak etməsi üçün regionun digər güclü ölkələrinə təzyiq göstərir. Buna nümunə kimi İranın Vyana danışıqlarındakı iştirakını göstərmək olar. Putin həmçinin İsraili də sakitləşdirməyə cəhd edir. Moskva söz verib ki, onun Suriya müharibəsindəki iştirakı və İrana satılan “S-300” zenit-raket komleksləri İsraili zəif durumda qoymayacaq.

Bu iki ölkənin maraqlarında fikir ayrılıqları da mövcuddur. Rusiyanın Suriyadakı həm siyasi, həm də coğrafi plandakı maraqları daha çox sovetlərin ordu strukturu kimi qurumlara göstərdiyi dayaqla bağlıdır. Qərbin Rusiya-İran alyansının bölünəcəyinə bəslədiyi ən böyük ümid, Moskva və Tehranın Bəşər Əsədin taleyi ilə bağlı mövqelərində ciddi yaranmasından ibarətdir.

Bu ay İslam İnqilabı Keşikçiləri korpusunun rəhbəri general Məhəmməd Əli Cəfəri gözlənilmədən bildirib ki, Rusiya öz maraqları naminə Suriyaya hərbi müdaxilə həyata keçirib və bizdən fərqli olaraq, Əsədin hakimiyyətdə qalması məsələsinə xüsusi əhəmiyyət verir. Lakin bütün bunlara baxmayaraq, Moskva bu zəmində müttəfiqlər arasında parçalanma şayiəsini qətiyyətlə təkzib edir. Rusiya Xarici İşlər naziri Sergey Lavrov dəfələrə bildirib ki, Bəşər Əsədin istefa məsələsi siyasi problemlərin həllinin şərti ola bilməz.

Ancaq hər halda Moskva çox gözəl bilir ki, İran uzunmüddətli perspektivdə Qərblə siyasi yaxınlaşma kursu tuta bilər. Həmin narahatçılıq İranla nüvə proqramı ilə bağlı müqavilənin imzalanmasından sonra daha da artıb. Ona görə də, belə bir vəziyyətdə yaxın perspektiv üçün Vladimir Putin hökuməti İran və Rusiya münasibətlərini ciddi şəkildə mürəkkəbləşdirə biləcək heç bir addım atmayacaq.

(Fincial Times)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar