Kərəm Həsənovun deputat qardaşının işçiləri həbs edildi

Vergilər Nazirliyi deputat Malik Həsənovun şirkətinin əməkdaşlarını həbs edib. Bu barədə virtualaz.org saytına mötəbər mənbələrdən məlumat daxil olub.

Məlumata görə, Vergilər Nazirliyinin əməkdaşları deputat Malik Həsənova məxsus “Azinko” tikinti şirkətində yoxlama aparıblar.

Yoxlamalar zamanı şirkətin fəaliyyətində vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması halları aşkarlanıb və şirkətin bir neçə işçisi həbs edilib.

Xatırladaq ki, 44 yaşlı Malik Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun kiçik qardaşıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar