Türkdilli ölkələr festival keçirir

Türkmənistanın Mari şəhərində türkdilli ölkələrin festivalı başlayıb.

Bu barədə "Report"a tanınmış kamança ifaçısı Munis Şərifov məlumat verib.

Onun sözlərinə görə, festivalda türkdilli respublikalardan gəlmiş mədəniyyət və incəsənət xadimləri iştirak edirlər: "Mari şəhərinə muğam üçlüyü ilə gedirik. Tar ifaçısı Davud Abdullayev, xanəndə Nuriyyə Hüseynova və mən. Türkdilli ölkələrin festivalında Azərbaycanı layiqincə təmsil edəcəyik".

Festival noyabrın 30-dək davam edəcək.

Xatırladaq ki, TÜRKSOY Türkmənistanın Mari şəhərini 2015-ci ildə “Türk dünyasının mədəni paytaxtları” elan edib. Bu münasibətlə il ərzində Mari şəhərində müxtəlif mədəni-kütləvi tədbirlər keçirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar