Məzahir Pənahov Konstitusiya Məhkəməsinin iclasında çıxış edib

Konstitusiya Məhkəməsinin bugünkü iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərə hazırlıq və seçki prosesinin gedişi barədə məlumat verib.

"Report"un xəbərinə görə, o bildirib ki, seçkilərin aşkarlığını təmin etmək üçün qanunla müəyyən edilən bütün addımlar atılıb.

MSK sədri deyib ki, seçki marafonunda 15 siyasi partiya iştirak edib: “Parlament seçkilərində 767 nəfər iştirak edib". Təşviqat mərhələsində namizədlər üçün bütün şəraitin yaradıldığını vurğulayan MSK sədri deyib ki, bu proses yerli və xarici müşahidəçilər tərəfindən izlənilib: "Təbliğat və təşviqatla bağlı proses seçki məcəlləsinin tələblərinə tam uyğun keçirilib".

M.Pənahov bildirib ki, seçkiləri izləmək üçün 66 min yerli müşahidəçi qeydiyyata alınıb: “Bundan başqa, prosesi dünyanın müxtəlif ölkələrindən 500-ə yaxın müşahidəçi izləyib. Seçki günü 1000 məntəqədə vebkamera quraşdırılıb ki, bu da istənilən yerdən prosesi izləmək imkanı verməklə yanaşı, şəffaflığın təmin olunmasında mühüm rol oynayır. Səsvermə zamanı seçicilərin fəallığı yüksək olub".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar