Dekabrda Dolların bahalaşdırılacağı ehtimalı 74%-ə çıxdı

Beynəlxalq birjalarda əməliyyatlar aparan treyderlərin ABŞ Mərkəzi Bankı Fed-in Dekabr toplantısında faiz artırımına gedəcəyi barədə ehtimalı 74%-ə çıxıb.

"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, bu ehtimal Oktyabr ayının ortalarında 30 faiz səviyyəsində idi.

ABŞ Mərkəzi Bankının növbəti toplantısı 15-16 Dekabr tarixlərində keçiriləcək.

Qeyd edək ki, Dekabrda Fed-in faizləri artıracağı gözlənildiyindən Dollar bahalaşır. Faizlərin artırılması ilə Dolların daha da bahalaşacağı gözlənilir. Proqnozlara görə, bu ilin sonunda 1 avro 1 dollara bərabər olacaqdır. Hazırda Avro/dollar məzənnəsi 1.06 dollar səviyyəsindədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar