İrandan Azərbaycana yeni təhlükə

İrandan Azərbaycana metadon dərmanın keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Elşən Əhmədovun üzərində yoxlama zamanı onun gödəkcəsinin cibindəki siqaret qutusunda 5 ədəd həbdən ibarət metadon adlı dərman preparatı aşkar edilib.

Xatırladaq ki, metadon adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 5 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,025 qram təşkil edir.

Faktla bağlı təhqiqat aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar