Azərbaycan Gürcüstandan avtomobil idxalını beşqat azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana 57 759,4 min dollar dəyərində 3 225 ədəd minik avtomobili ixrac olunub.

“APA-Economics”in Gürcüstan Milli Statistika Xidmətinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 678 ədəd avtomobil və ya 4,93 dəfə azdır.

Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 4,01 dəfə azalıb.

Qeyd edək ki, bu 10 ayı ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 26,19% təşkil edib.

Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 37,42%-ni təşkil edib.

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkənin ümumi ixracında isə Azərbaycana ixrac olunan məhsulların xüsusi çəkisi 12,03% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr ayında Gürcüstandan Azərbaycana 220 546,1 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 2,15 dəfə azdır.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında ümumilikdə Azərbaycanda 24 219 avtomobil gətirilib. Gürcüstandan ölkəmizə gətirilən avtomobillərin sayı bu rəqəmin 13,31%-nə bərabərdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar