Səfirlik əməkdaşı qəzaya düşüb

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır

Bakıda Mərakeşin Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya uğrayıb.

“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.

Belə ki, H.Əliyev küçəsində Bakı sakini, 1956-cı il təvəllüdlü İsmayıl Baqvanovun idarə etdiyi Mərakeş səfirliyinə məxsus “Toyota-Camry” markalı avtomobil Xaçmaz rayon sakini, 1959-cu il təvəllüdlü İzafəddin Zeynalovun idarə etdiyi “Mitsubishi-Pajero” markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki avtomobil zədələnib. Ağır xəsarət alan olmayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar