Məsciddə nəzir qutusunu oğurlamaq istədilər

Lənkəran şəhərində nəzir qutusunun oğurlanmasına cəhd olunub. "Report"un məlumatına görə, hadisə şəhərin Böyük Bazar məscidində baş verib.

Belə ki, ötən gecə saat 03:00 radələrində məsciddə nəzir qutusunu oğurlamağa çalışan 2 nəfər şəxs gözətçini görüb, əllərində olan alətləri ataraq hadisə yerindən qaçıblar.

Hadisə ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət olunub.

Polis şöbəsində araşdırmalara başlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar