Türkiyə Rusiya təyyarəsini vurdu! - "Bütün dünya bilməlidir ki..." - YENİLƏNİR

rusyaXəbər yenilənir. Son yazılar əvvəldədir

"Dünya bilməlidir ki, Türkiyə sərhədlərini qorumağı bacarır."

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu Rusiya hərbi təyyarəsinin vurulmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, dəfələrlə bəyan edilmişdi ki, heç bir ölkənin Türkiyənin hava məkanını pozmaq hüququ yoxdur: "Ölkələr Suriyada böhranı dərinləşdirmək əvəzinə, böhranın həllinə çalışmalıdırlar".

Qeyd edək ki, bu gün Türkiyə Hərbi Hava Qüvvələri öz hava məkanında Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsini vurub. “Rusiyanın Su-24 təyyarəsi Türkiyəni heç cür təhdid etməyib. O, İŞİD terror qruplaşmasına qarşı əməliyyat aparırdı”- deyə Putin qeyd edib.

“Rusiyanın Su-24 təyyarəsinin vurulması terrorla adi mübarizənin hüdudlarını aşan addımdır. Bu, terrorçuların əlaltılarının Rusiyanın kürəyinə vurduğu zərbədir” - deyə Putin əlavə edib.

Putin daha sonra Türkiyənin İŞİD-lə neft alverini yada salıb.

“Rusiya Federasiyası Suriyanın terrorçular tərəfindən zəbt edilmiş ərazilərindən Türkiyəyə neft daşınmasını çoxdan qeydə alıb”- Putin eyhamla bildirib.

Analitiklərə görə, Putin Türkiyənin İŞİD-lə neft alverini təyyarənin vurulması fonunda təsadüfən yada salmayıb. Putin yəqin ki, Su-24 təyyarəsinin vurulmasını cavabsız qoymayacaq.

İordaniya kralı II Abdulla ilə keçirdiyi brifinqdə Türkiyənin ünvanına çox sərt xəbərdarlıqla çıxış edən Putin deyib ki, təyyarə bu ölkənin hava sahəsinə daxil olmayıb və sərhəddən 1 kilometr məsafədə, 6 min metr hündürlükdə vurulub.

“Rusiya bu cinayətin törədilməsinə, ona aid Su-24 təyyarəsinə hücum edilməsinə dözməyəcək”- Putin deyib.

Rusiya prezidenti bildirib ki, Türkiyənin təyyarənin vurulmasından sonra NATO-dakı tərəfdaşlarına müraciət etməsi alyansı da İŞİD-in qulluğuna cəlb etmək cəhdidir.

“Bu hücum Türkiyə-Rusiya münasibətləri üçün faciəvi nəticələrə səbəb olacaq”- deyə Putin xəbərdarlıq edib. 

* * *

Vurulan təyyarənin radar analizi:

* * * 

90800NATO Suriyada Rusiya təyyarəsi ilə bağlı insidentə görə çərşənbə axşamı səfirlər səviyyəsində Şimali Atlantika Şurasının növbədənkənar iclasını çağırır.

Oxu.az xəbər verir ki, bu barədə RİA Novosti-yə alyansın rəsmisi bildirib.

“Şimali Atlantika Şurasının iclası saat 17:00-da (Bakı vaxtı ilə 20:00), Türkiyənin çağırışı əsasında baş tutacaq”, - deyə, alyans nümayəndəsi bildirib və qeyd edib ki, hazırda mətbuat üçün heç bir tədbir nəzərdə tutulmayıb.

* * *

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri təxirə salınıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyənin "Haber7" saytı məlumat yayıb.

Qeyd edək ki, noyabrın 24-də S.Lavrovun Türkiyəyə səfəri planlaşdırılırdı. Türkiyədə onun ölkə rəsmiləri ilə Suriyadakı vəziyyəti və terrorçuluğa qarşı mübarizə məsələsini müzakirə edəcəyi gözlənilirdi.  

* * * 

"Türkiyə Rusiya Hərbi Kosmik Qüvvələrinin qırıcı təyyarəsini vurmaqla öz hava məkanının pozulmasının qarşısını alıb və siyasi iradə göstərib."

hqdefaultBunu Trend-ə Türkiyə Hərbi Qüvvələrinin istefada olan general-leytenantı Armağan Kuloğlu deyib.

Onun sözlərinə görə, Türkiyə üçün hava məkanını hansı ölkənin təyyarəsinin pozmasının heç bir əhəmiyyəti yoxdur: "Rusiya qırıcısı vurulmazdan əvvəl onun ekipajına Türkiyə hava məkanını pozması barədə dəfələrlə xəbərdarlıq edilib".

A.Kuloğlu qeyd edib ki, bu insident Rusiya-Türkiyə münasibətlərində qısamüddətli siyasi böhran yarada bilər: "İki ölkə arasında siyasi əlaqələrin və iqtisadi layihələrin əhəmiyyətini nəzərə alsaq, bu böhran çox çəkməyəcək".

Qeyd edək ki, bu gün Türkiyə Hərbi Hava Qüvvələri öz hava məkanında Rusiyanın "Su-24" qırıcı təyyarəsini vurub.

Təyyarə Suriya ərazisinə düşüb. 

* * * 

Bu səhər vurulan Cy-24 təyyarəsinin pilotlarından biri Suriya türkləri tərəfindən götürülüb və Türkiyə ilə sərhəddin 3 km.-də Latakiya əyalətində saxlanılır.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Türkiyə Cumhurbaşqanlığı (Prezident Aparatı) hərbi təyyarənin Rusiyaya məxsus olduğunu açıqlayıb. Vurulan təyyarənin "Su-24" tipli hərbi təyyarə olduğu bildirilib.

Rusiya Müdafiə Nazirliyi Suriya-Türkiyə sərhədində Su-24 təyyarəsinin vurulması faktını təsdiqləyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hazırda təyyarə pilotlarının harada olduğu müəyyənləşdirilir.

“Təyyarə 6 min metr hündürlükdə olub. Güman ki, Su-24 yerdən açılan atəş nəticəsində qəzaya uğrayıb. Uçuş zamanı təyyarə Suriya havaməkanında olub. Bu, nəzarət vasitələri tərəfindən qeydə alınıb”, - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.

Xatırladaq ki, Türkiyənin hava sərhədini pozan hərbi təyyarə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qərəcıları tərəfindən vurularaq yerə salınıb. Təyyarə Suriya ərazisinə düşüb. İki pilot katapult edərək xilas olub.

Əlavə edək ki, bu il oktyabrın 16-da Türkiyə hava sərhədini pozan pilotsuz uçuş aparatı Türkiyə təyyarələri tərəfindən vurulub. Aparatın Rusiya istehsalı olduğu açıqlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar