Oqtay Əsədov Milli Məclisin sədri seçildi

Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin sədri vəzifəsinə deputat Oqtay Əsədovun namizədliyi irəli sürülüb.

"Report" xəbər verir ki, Oqtay Əsədov Milli Məclisin sədri vəzifəsinə onun namizədliyinin irəli sürülməsinə görə Yeni Azərbaycan Partiyasının sədrinə və partiya həmfikirlərinə minnətdarlığını bildirib.

Hesablayıcı Komissiyanın sədri İsa Həbibbəyli səsvermənin keçirilməsi qaydaları haqqında məlumat verib.

O.Əsədov gizli səsvermə nəticəsində Milli Məclisin sədri vəzifəsinə seçilib.

Xatırladaq ki, V çağırış MM-in ilk iclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar