Həyət evlərinin sənədləşdirilməsi məsələsi yenidən gündəmdə

Azərbaycanda şəhər və rayonların kadastrlarının hazırlanması işləri yekunlaşandan sonra həyət evlərinin sənədləşdirilməsi məsələsi müaviq qurumlarla müzakirə ediləcək.

Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov jurnalistlərə açıqlamasında həyət evlərinin sənədləşdirilməsi məsələsinə toxunarkən deyib: "Hansı sahələrdə mümkündürsə, həmin tikitilərin sənədləşdirilməsi haqqında qərar veriləcək".

Komitə rəsmisi həmçinin jurnalistlərə verilən mənzillərin çıxarışlarının növbəti həftədən etibarən veriləcəyini də deyib: "Növbəti həftə sənədləşmə işlərinin başlanacağını düşünürük. Hesab edirəm ki, "kütləvi çixarış" kampaniyasi çərçivəsində jurnalistlərin də evləri sənədləşdiriləcək".

Rafiq Cəlilov bildirib ki, bələdiyyələr, vətəndaşlar, fiziki və hüquqi şəxslər onlara məxsus daşınmaz əmlakı və torpaq sahələrini yalnız bir ünvanda - Daşınmaz Әmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrində qeydiyyata aldıra bilirlər. Bununla da vətəndaş, eləcə də bələdiyyə hər hansı sənədləşmə işində iştirak etmir. "Bir pəncərə" prinsipinin tətbiq edilməsilə, əvvəllər mövcud olan uzun prosedur aradan qaldırılıb. /Fins, Report

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar