DYP 9 günə 25 min manatdan çox cərimə yazdı

"Avtomobillərin yan şüşələrinə kustar və sənaye üsulu ilə quraşdırılan pərdə və plyonkalardan istifadəyə görə, 169 sürücü cərimələnib".

Bu barədə ans press-ə Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi,polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə əsasən, avtomobillərin yan şüşələrinə kustar və sənaye üsulu ilə quraşdırılan pərdə və plyonkaların istifadəsinə verilən icazə noyabr ayının 15-də başa çatıb.

"Qeyd olunan gündən bu günə qədər biz hər gün reydlər keçiririk. Artıq 169 sürücü məsuliyyata cəlb edilib. Bu reydlər həm Bakı, həm də Bakı ətrafı 12 rayon üzrə həyata keçirilib. Baxmayaraq ki, geniş ictimaiyyət qarşısında sürücülərə bununla bağlı xəbərdarlıq edilib, təəssüflər olsun ki, bəzi sürücülər yadlarından çıxdığını, çoxları avtomobillərini uzun müddət qarajda saxladıqlarından bu qərardan xəbərsiz olduqlarını deyir. Bu həmin sürücüləri məsuliyyətdən azad etmir və bütün sürücülər 150 manat civarında cərimə ödəməli olurlar".

Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi onu da əlavə etdi ki, bu gün yol hərəkətində istismar edilən nəqliyyat vasitəsi standartın tələblərinə uyğun olmalıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar