Azərbaycanda meyvə-tərəvəzlərin tərkibi satışdan əvvəl yoxlanılacaq

Azərbaycanın bölgələrdə bütün mövsümi meyvə və tərəvəzlərin tərkibinin yoxlanılmasını təmin edəcək referent laboratoriyaların yaxın vaxtlarda fəaliyyətə başlayacağı gözlənilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən Trend-ə bildirilib ki, artıq Yevlax və Şirvanda iki laboratoriya tikilib, Xaçmazda isə laboratoriya binası tikilməkdədir: “Laboratoriyaların tələb olunan avadanlıqlarla təchiz edilməsi, tam təmir edilməsi, mütəxəssislər üçün treninqlərin keçirilməsi nəzərdə tutulur. Laboratoriyalar yaxın vaxtlarda işləməyə başlayacaq”.

Xidmətdən deyilib ki, ümumilikdə 8 bölgədə referent laboratoriyaların tikilməsi nəzərdə tutulub. Bu laboratoriyaların istifadəyə verilməsi məhsulların tərkibinin bazara çıxarılmamışdan əvvəl yoxlanılmasına imkan verəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar