“Hava məkanımız pozulsa, biz də Türkiyə kimi hərəkət etməliyik”

“Türkiyə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə vasitələri peşəkar səviyyədə və suveren hava məkanı başqa dövlətin təyyarələri tərəfindən pozulan istənilən sivilizasiyalı ölkənin müvafiq hərbi bölmələri kimi hərəkət ediblər”.

APA-nın “censor.net” saytına istinadən verdiyi məlumata görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bu bəyanatla çıxış edib. Türkiyə hava sərhədini pozan Rusiya hərbi təyyarəsinin vurulmasına münasibət bildirən A. Turçinov qeyd edib ki, Türkiyə tərəfi atəş aşmazdan əvvəl dəfələrlə Rusiya tərəfinə xəbərdarlıq göndərib: “Zərbə endirilməzdən öncə yenə bir neçə xəbərdarlıq edilib və bundan sonra Rusiya təyyarəsinə hücum edilib”.

A. Turçinov bəyan edib ki, Ukrayna hava məkanı pozularsa, Ukrayna hərbçiləri də analoji hərəkət edərək ölkəni havada təcavüzdən qorumalıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar