"Türkiyə qırıcısı Suriya hava məkanını pozub" - Rusiya MN

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında Suriyada vurulan Rusiya qırıcı təyyarəsi ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Baş Qərargahın Baş Operativ Əməliyyat İdarəsinin rəisi general-leytant Sergey Rudskiy Suriyada Türkiyə tərəfindən vurulan Rusiya təyyarəsi ilə bağlı baş vermiş insidentdən sonra bu ölkə ilə hərbi müstəvidə əlaqələrin kəsiləcəyini bəyan edib.

Rusiyaya məxsus “Su-24” qırıcı təyyarəsinin Türkiyənin hava məkanını pozmadığını bildirən Baş Qərargah nümayəndəsi qeyd edib ki, obyektiv yoxlamanın məlumatlarına görə, Rusiya təyyarəsinin Türkiyə ilə sərhədi keçmədiyi məlum olub: "Bunu Suriya Hava Hücumundan Müdafiə Sistemi də təsdiq edir. Əksinə, Xmeymim aerodromunda olan radiolakasiya kəşfiyyatı Türkiyə təyyarəsinin Suriya hava məkanını pozduğunu qeydə alıb".

Baş qərargah nümayəndəsi Rusiya qırıcı təyyarəsinin pilotları ilə bağlı da məlumat verib: "İlkin məlumatlara görə, Türkiyəyə məxsus “F-16” qırıcı təyyarəsindən atılan raketlə vurulan “Su-24” təyyarəsinin pilotlarından biri katapult edəndən sonra havada olarkən yerdən açılan atəş nəticəsində ölüb".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar