Bu müğənnilər Azərbaycanı tərk edə bilməz- Vergilər Nazirliyindən açıqlama

vergilerVergilər Nazirliyi şou-biznes ilə məşğul olmaqla fərdi qaydada gəlir əldə edən şəxsin vergi öhdəliyini yerinə yetirmədikdə nə kimi məsuliyyət tədbirlərinə cəlb olunacağını açıqlayıb. Nazirlikdən ANS PRESS-ə verilən məlumatda bildirilir ki, Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir.

Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, əmlakı siyahıya alına və qeyd olunan Məcəllənin 90-cı maddəsinə əsasən müvafiq məhkəmə qərarına əsasən hərracda satıla bilər, mülkiyyətində olan avtonəqliyyat vasitəsi üzərinə həbs qoyula bilər.

Bundan başqa, ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən, ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyula bilər (bu,Rusiya Federasiyası, İsrail və digər xarici ölkələrə toya, yeni il şənliklərinə və digər tədbirlərə gedən müğənnilər, onları müşayət edən musiqiçilər, habelə istirahətini xarici ölkələrdə keçirməyə üstünlük verən şou-biznes nümayəndələri üçün xüsusilə aktualdır);

Xeyli miqdarda (iki min manatdan yuxarı) vergiləri ödəməkdən yayınma halları aşkar olunduqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən vergi ödəyiciləri barədə cinayət işi açıla bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar