Türkiyə və Suriya arasında sərhəd bağlanmalıdır - Fransua Olland

Terrorçuların Avropaya keçməsinin qarşısının alınması üçün Türkiyə və Suriya arasında sərhəd bağlanmalıdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa prezidenti Fransua Olland Vaşinqtonda amerikalı həmkarı Barak Obama ilə görüşündən sonra mətbuat konfransında bildirib.

“Türkiyə və Suriya arasında sərhəd təcili bağlanmalıdır ki, terror aktı törətmək istəyən terrorçuların heç biri Avropaya keçə bilməsin”, deyə Olland bildirib.

İŞİD-lə mübarizəyə toxunan Fransa prezidenti terrorçulara hərtərəfli zərbələr endirmək lazım olduğunu bildirib: maliyyə mənbələrindən məhrum etmək, liderlərini izləyib məhv etmək, şəbəkələrini ifşa edərək zərərsizləşdirmək və zəbt etdikləri ərazilərdə nəzarəti bərpa etmək

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar