Tələbə qız kirayədə qaldığı evin sahibini öldürüb - TƏFƏRRÜAT

Noyabrın 24-də Sumqayıt şəhərində baş verən dəhşətli qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Trend-ə daxil olan məlumata görə, hadisə şəhərin 9-cu mikrorayon, ev 69, mənzil 29 ünvanında baş verib. Məlumata görə, qətl hadisəsini törədən 21 yaşlı Şərqiyyə Mehdi qızı Ramazanova kirayədə yaşayan ev sahibəsini aralarında yaranmış münaqişə nəticəsində qətlə yetirib. O, ev sahibəsini xüsusi amanszlıqla öldürüb. Ş.Ramazanova əvvəlcə qadına boğaz nayihəsindən bıçaq zərbəsi endirdikdən sonra onun qulağının birini kəsib. Daha sonra ona bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq zərbələri endirərək qətlə yetirib. Qadının tam öldüyünə əmin olandan sonra polisə zəng edərək mənzildə qətl hadisəsi baş verdiyini deyib və hadisə yerindən qaçıb.

Məlumata görə, Ş.Ramazanovanın ev sahibəsini qərlə yetirməsinə səbəb qızın sevgilisindən ayrılması olub. Ev sahibəsi qızın sevgilisini bir neçə dəfə həmin binanın qarşısından qovması sevgililərin ayrılmasına səbəb olub. Bundan qəzəblənən Ş.Ramazanova ev sahibəsi S.Nəcəfovadan qisas almaq üçün onu qətlə yetirib. Qətl hadisəsini törədən Ş.Ramazanova Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbəsidir.

 * * * 

Ş. Ramazanova Sumqayıt Dövlət Universitetinin tələbəsidir.

Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə şəhərin 9-cu mikrorayonunda qeydə alınıb. Orada kirayədə yaşayan, 1994-cü il təvəllüdlü Şərqiyə Mehdi qızı Ramazanova ev sahibi, 1940-cı il təvəllüdlü Səmayə Nəcəfovanı bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən Ş. Ramazanova saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Məlumata görə, Ş. Ramazanova Sumqayıt Dövlət Universitetinin tələbəsidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar