RABİTƏ NAZİRLİYİNDƏ YENİ BİRİNCİ MÜAVİN - 38 yaşlı Ramin Quluzadə kimdir?

Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub. Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunan Ramin Quluzadə bu gün nazirliyin kollektivinə təqdim edilib.

Əldə etdiyimiz məlumata görə, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunan Ramin Quluzadə Heydər Əliyev Fondunda İşlər departmentinin direktoru vəzifəsində çalışıb. 2004-cü ildən Fondda fəaliyyət göstərən Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.

Ramin Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magist dərəcəsi ilə bitirib. Ailəlidir, 2 övladı var.

İltimas Məmmədov rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsində qalıb.

Bunu Trend-ə rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov deyib.

Xatırladaq ki, İltimas Məmmədov Prezidentin 22 iyul 2014-cü il tarixli sərəncamı ilə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunmuşdu. Əli Abbasovun vəzifəsindən uzaqlaşdırılmasından sonra isə nazirin səlahiyyətlərini də icra edirdi.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar