Putin türkmənləri bombalayan pilota milli qəhrəman adı verdi

Dərc olunub: 25/11/2015 - 14:51

russia-609665Rusiya prezidenti Vladimir Putin Suriyada vurulan “Su-24” təyyarəsinin pilotu polkovnik-leytenant Oleq Peşkova ölümündən sonra Rusiya Qəhrəmanı adını verib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, prezident “Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçularının dövlət mükafatları ilə təltif olunması barədə” verdiyi sərəncamla bir qrup hərbçini mükafatlandırıb.
Ötən gün Türkiyənin vurduğu təyyarənin sağ qalan pilotu kapitan Konstantin Muratxin və pilotların axtarışı zamanı suriyalı türkmənlər tərəfindən öldürülən matros Aleksandr Pozıniç (ölümündən sonra) “İgidliyə görə” ordeni ilə mükafatlandırılıb.
Vladimir Putin kapitan Konstantin Muratxinin sağ tapıldığını və hazırda Suriyadakı Rusiya hərbi bazasına yerləşdirildiyini bildirib.
Ötən gün Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddə Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsini vurmuşdular. Pilotlar paraşütlə tullanaraq təyyarədən evakuasiya olunsalar da, onlardan biri – Oleq Peşkov türkmənlərin yerdən açılan atəşlə havadaca öldürülüb.


loading...




Fikrinizi bildirin