Yeni il bayramı ərəfəsində əfv gözlənilirmi?

Azərbaycanda hər il bayramlar ərəfəsində məhbusların əfv olunması ənənə halını alıb. Müxtəlf bayramlarda imzalanan əfv fərmanları ilə yüzlərlə məhbus azadlığa çıxır.

Yeni il bayramı ərəfəsində növbəti əfv fərmanı imzalanacaqmı?

Məsələ ilə bağlı Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Azay Quliyev Trend-ə açıqlamasında bildirib ki, əfvlə bağlı bütün müraciətlər araşdırılır.

A.Quliyev qeyd edib ki, Komissiya tərəfindən məhbuslardan, onların qohumlarından və hüquqlarını qoruyan qurumlardan daxil olan gələn müraciətlər mütəmadi araşdırılır: “Hələ ki Əfv Komissiyası daxil olan müraciətlərə baxmayıb. Məhbusların əfv edilməsi məsələsi birbaşa Prezident İlham Əliyevin səlahiyyətinə aid olan məsələdir. 10-15 ildir ki, hər il yeni il qabağı Prezident İlham Əliyev müraciət edən məhbusları sevindirir, onların azadlığa çıxması ilə bağlı təkliflərinə müsbət yanaşır və bununla da onların ailəsinə ikiqat sevinc bəxş edir”.

A.Quliyev deyib ki, bu ənənəni nəzərə alsaq, yaxın zamanlarda Əvf Komissiyasının məhbusların müraciətlərinə baxması istisna olunmur: “Əfv hüquqi məsələdir. Bununla bağlı Əfv Komissiyası faktlara əsasən fikir söyləyə bilər. Ümumi ehtimallara əsasən fikir söylənilməməlidir. Bu baxımdan rəsmi məlumat olmadan bu xəbəri nə təsdiq, nə də təkzib edə bilərik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar