Türkiyənin Moskvadakı səfirliyi daşa basılıb - VİDEO

Türkiyənin Rusiyadakı səfirliyi bir qrup şəxs tərəfindən daşa basılıb. "Report" RBK-ya istinadən xəbər verir ki, bu gün Rusiya Liberal Demokrat Partiyasının təşkilatçılığı ilə 500-ə yaxın şəxs diplomatik missiyanın qarşısına aksiya keçirmək üçün toplaşıb.

Aksiyaçılar dünən Rusiyanın "Su-24" qırıcı təyyarəsinin vurulmasına etiraz edib. Türkiyənin siyasətinə qarşı olduğunu bildirən etirazçılar səfirliyin inzibati binasına daş, yumurta, pomidor, boya atıb.

Nəticədə diplomatik missiyanın binasında pəncərələrin şüşələri sınıb.

Kütləvi aksiyanın iştirakçıları əllərində Rusiya və Suriya bayraqları, Türkiyənin hərəkətlərini pisləyən müxtəlif plakatlar tutub.

Türkiyə səfirliyi binanın təhlükəsizliyini artırmaq məqsədilə Rusiya hüquq-mühafizə orqanlarına müraciət edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar