"Türkiyənin hava sərhədini qoruması haqqına hörmət etməliyik"

Türkiyənin hava məkanını müdafiəsi haqqına hörmət etmək lazımdır.

"Report" "RİA Novosti"yə isitnadən xəbər verir ki, bunu Britaniyanın baş naziri Devid Kemeron Rusiyaya məxsus "Su-24" təyyarəsinin Türkiyənin hava sahəsində vurulmasına münasibət bildirərkən deyib.

"Faktlar hələ açıqlanmayıb. Bununla belə öz sərhədimizi müdafiə etidiyimiz kimi, Türkiyənin də hava məkanını qorumaq haqqına hörmət etməliyik", - baş nazir vurğulayıb.

Onun sözlərinə görə, Rusiya ilə Suriyaya dair həssas mövzunu müzakirə etmək üçün hələ imkan var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar