Türkiyənin bütün qoşun birliklərinə hazırlıq əmri verildi

Suriya sərhədlərində daha çox hərbi təyyarə uçacaq

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriya ilə sərhəddə uçuşlar həyata keçirən hərbi təyyarələrin sayını artırıb.

APA-nın İHA-ya istinadən verdiyi məlumata görə, bundan sonra Suriya sərhədində Türkiyə Hava Qüvvələrinə məxsus 18 ədəd “F16” hərbi təyyarəsi uçuşlar həyata keçirəcək.

Baş Qərargah bütün quru və hava qoşun birliklərinə hazırlıq əmri də verib. “CNN Türk”ün məlumatına görə, bütün qoşun növlərində hazırlıq ən yüksək səviyyəyə çatdırılıb.

Qeyd edək ki, Rusiya rəhbərliyi “Su-24” hərbi təyyarəsinin vurulmasından sonra Suriyadakı hərbi bazasına “S-400” zenit-raket kompleksi göndərməyi qərara alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar