İran prezidenti Rusiyanı müdafiə etdi

İran prezidenti Həsən Ruhani, Rusiyaya aid döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulmasına münasibət bildirib. Nazirlər Kabinetinin toplantısında danışan Ruhani, tərəfləri soyuqqanlı olmağa caçırıb:

“Bizə qardaş və qonşu olan hər iki ölkədən soyuqqanlı olmalarını xahiş edirik. Bu günə qədər əldə etdiyimiz məlumatlara görə, Rusiya təyyarəsi Suriya hava məkanında əməliyyat keçirərkən vurulub. Təyyarənin Türkiyə sərhəddinə yaxınlaşması ehtimaldır. Mərmi və təyyarə oyuncaq deyil. Havada istədiyi qərarı verə biləcək qədər nizamsızlıq, bölgəyə sabitlik gəirə bilərmi? Bu addımlar çox təhlükəlidir. Bizim üçün qonşu ölkələr arasında əlaqələrinin səmimi olması əhəmiyyətlidir. Bu ixtilaflar həm bizim, həm də bölgənin xeyrinə deyil”. /azadlıq.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar