"Hər zaman səninləyik, doğma Türkiyəmiz... "- İqbal Ağazadә

Rusiyaya mәxsus hәrbi tәyyarәnin vurulması ilә ortaya çıxan sәhnә olduqca ilgincdir. Gözlәnilmәz halda, Azәrbaycanın bәzi ziyalıları açıq şәkildә Rusiyanın yanında qәrar tutdular. Onların sayları azdır; lakin bu vәziyyәtdә Türkiyә әleyhinә hәtta 1 çatlaq sәs belә çoxdur. Çünki bura Azәrbaycandır. Türk soyluların çoxluq tәşkil etdiyi, 200 il Rusiyadan olmazın pisliklәr görmüş bir ölkәdәn Kremlә dәstәk çıxanlar, "Türkiyә üzr istәsin ", deyәnlәr varsa, bu cür hallar heyrәt vә qәzәb doğurmaya bilmәz.

Hәr kәs belә mәqamda mövqeyini birmәnalı ifadә etmәyә, sanki bununla da Rusiyaya dәstәk olan vә ölkәmizi utandıran manqurtların ayıbını örtmәyә çalışır.

Ümid Partiyasının sәdri İqbal Ağazadә dә belәlәrindәndir. Onun feysbukda paylaşdığı status diqqәtimizi hәm dә emosionallığı ilә cәlb etdi. Musavat.com hәmin statusu yaymağı vacib hesab edir:"Türkiyə təkcə o coğrafiyada yaşayanların vətəni deyil, harda türk əsilli kimsə varsa, Türkiyəni də özünün vətəni bilir. Eynən Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Doğu Türküstan, Güney Azərbaycan, Kərkük, Tatarıstan, Krım, Qaqauziya kimi... Bəlkə bu birlik bu gün duyulmur, hiss edilmir, amma ürəklərdəki türk sevdası, türkçülük sevdası bitməz, tükənməz... Üzr istənilməli bir kəs varsa, o da bizik - Türklər... Qarabağdakı, Güney Azərbaycandakı, Kərkükdəki, Doğu Türküstandakı yeyilən haqlarımıza və pozulan hüquqlarımıza görə...

Yaşa, yaşa ey, ŞANLI VƏTƏN..."

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar