Türkiyənin yardım karvanı Suriyada vuruldu - VİDEO

Türkiyədən Suriyaya humanitar yardım aparan maşın karvanı vurulub. “Reuters”in yaydığı məlumata görə, yarım karvanı Kilis-dən Suriyaya girəndən sonar, sərhəddə vurulub. Humanitar yardım fəalları agentliyə deyib ki, karvan havadan zərbə ilə vurulub. “Yanğını söndürməyə çalışırıq. Maşınlar bizim deyil və kimin bombaladığını da bilmirik”, deyə fəallardan Mustafa Özbek bildirib.

Daha bir hava zərbəsi müxaliflərin nəzarətində olan sərhəd qapısındakı TIR parkına endirilib. Orada partlayışdan 3 nəfərin öldüyü deyilir.

Bğlgədəki müzalif güclər hava zərbələrini Rusiya təyyarələrinin endirdiyini iddia edir. Türkiyədən isə bununla bağlı hələlik hər hansı açıqlama verilməyib.(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar