“Türkiyəyə qarşı ərzaq embarqosunu müzakirə etmirik...” - Rusiya hökuməti

Rusiya hökumətində Türkiyəyə qarşı ərzaq embarqosu müzakirə edilmir. Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə hökumətdəki mənbəyə istinadən xəbər yayılıb.

“Türkiyəyə qarşı ərzaq embarqosu hazırda müzakirə mövzusu deyil”, – deyə xəbərdə qeyd olunur.

Bundan qabaq Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev “Su-24” hərbi təyyarəsinin vurulmasına etiraz olaraq Türkiyənin tərəvəzi və sitrus meyvələrindən imtina edilə biləcəyini və Türkiyə məhsullarına Mərakeş, İsrail, İran, CAR və hətta Gürcüstan hesabına əvəz tapılacağını söyləmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar