Ebola yenidən qayıtdı

Son bir həftə ərzində Liberiyada 3 nəfər Ebola virusuna yoluxub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilir.

Məlumata əsasən, xəstələnənlər bir ailənin üzvləridir. Qeyd edək ki, sentyabrın 3-də Liberiya ÜST tərəfindən Eboladan azad ölkə elan edilmişdi.

Bununla belə, Qvineyada oktyabrın 29-dan virusa yoluxma halları qeydə alınmır. Noyabrın 7-dən isə Sierra-Leonedə epidemiyaya son qoyulduğu bəyan edilib.

Xatırladaq ki, dünyada “Ebola” virusuna yoluxma halları daha çox Qərbi Afrikada qeydə alınıb. Ümumilikdə dünyada bu virusa 28 637 yoluxma halı qeydə alınıb, ölənlərin sayı 11 314 nəfərdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar