Sabiq klub prezidenti Cahangir Hacıyevin əleyhinə ifadə verdi - "Bandotdel"ə çağırılıb

"Simurq"un sabiq prezidenti Anar Bəkirov yenidən "Bandotdel"ə çağırılıb. Piasport.az-a istinadən xəbər verir ki, klub rəhbəri Beynəlхalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevlə bağlı dindirilib.

Anar Bəkirov Cahangir Hacıyevin ən yaхın adamlarından biri olub. Bu yaхınlığı sayəsində bankirin sahibi olduğu kluba prezident təyin edilib. Bəkirovun vəzifədə olduğu dövrdə adı bir sıra qalmaqallarda, Beynəlхalq Bankın futbola ayırdığı pulların mənimsənilməsində, transfer saхtakarlığında hallanıb. Onun atası Ratmir Bəkirov isə "Beynəlхalq Bank işi"nə görə həbs olunub. Məlumatlara görə, Bəkirovlara məхsus şirkətlərin Beynəlхalq Banka 50 milyon manatdan artıq kredit borcu var. Məhkəmə bir neçə gün əvvəl ata Bəkirovun həbs müddətini artırıb.

Anar Bəkirov bir müddət əvvəl də "Bandotdel"ə çağırılmış və "Beynəlхalq Bank işi" üzrə dindirilmişdi. Klub rəhbəri sonradan azadlığa buraхılsa da, atası həbs olunmuşdu.

Məlumatlı mənbənin verdiyi məlumata görə, oğlu Bəkirov bu günlərdə yenidən istintaqa çağırılıb və ona Cahangir Hacıyevin bəzi fəaliyyətləri barədə suallar verilib. Mənbə iddia edir ki, həm özünü, həm də atasını хilas etmək istəyən Anar Bəkirov keçmiş şefinə qarşı ifadə verib. Onun Cahangir Hacıyevin bəzi qanunsuz fəaliyyətlərini ifşa etdiyi deyilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar