Türkiyə Su-24 təyyarəsi ilə bağlı məlumatları Rusiyaya təqdim etdi

Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı Rusiya hərbi attaşesinə Su-24 təyyarəsi ilə bağlı məlumatları təqdim edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, rusiyalı diplomat baş vermiş hadisənin detalları barədə məlumatlandırılıb.

Tərəflər arasında fikir mübadiləsi aparılıb. Türkiyə hərbçiləri bildirib ki, məsələ ilə bağlı hər növ əməkdaşlığa hazırdırlar.

Reuters agentliyinin xəbərinə görə, bundan əvvəl Türkiyə Rusiya təyyarəsinə xəbərdarlıq barədə səs yazısını açıqlayıb. Səs yazısında “istiqamətinizi dəyişin” sözlərini eşitmək mümkündür.

Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələri noyabrın 24-də Suriya istiqamətindən sərhədi pozan Rusiyanın “Su-24” bombardmançı təyyarəsini vurub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar