​Rusiyada helikopter qəzaya uğrayıb, 12 nəfər ölüb - YENİLƏNİB

Krasnoyarsk diyarının Turuxan rayonunda "Mi-8" helikopterinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Qərbi Sibir bölgəsinin nəqliyyat prokuroru Oksana Qorbunova bildirib. Onun sözlərinə görə, hadisə yerində axtarış-xilasetmə əməliyyatı keçirilir. Xəsarət alanlar diyarın İqarka şəhərindəki xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, helikopterdə 25 nəfər olub.

***

Rusiyanın Krasnoyarsk diyarında göyərtəsində 22 sərnişin və 3 ekipaj üzvü olan "Mi-8" helikopteri qəzaya uğrayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, helikopter diyarın Turuxan rayonunda sərt eniş edib.

"Mi-8" İqarka - neft ötürücü stansiya marşrutu üzrə hərəkət edirmiş.

Helikopter Rusiyanın "Turuxanavia" helikopter avia şirkətinə məxsusdur.

İlkin məlumata əsasən, qəza nəticəsində ən azı iki nəfər ölüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar