Türkiyə və Rusiya prezidentiləri Parisdə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putinin Fransa paytaxtı Parisdə görüşməsi planlaşdırılır.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüş iqlim dəyişikliyinə dair Paris sammiti çərçivəsində keçiriləcək.

Məlumata görə, Türkiyə və Rusiya liderlərinin təkbətək görüş proqramı nəzərdə tutulmasa da, onların bir araya gələcəyi gözlənilir.

Qeyd edək ki, iqlim dəyişikliyinə dair sammit noyabrın 30-da keçiriləcək. Zirvə toplantısında 147 ölkənin dövlət və hökumət başçılarının iştirak edəcəyi gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar