Ali Məhkəmədə Əli İnsanovun kassasiya şikayətinə baxılır

Bu gün Ali Məhkəmədə sabiq səhiyyə naziri Əli İnsanovun Bakı Apellyasiya Məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxılır.

Trend-in məlumatına görə, şikayətə hakim İnqilab Nəsirovun sədrliyi ilə baxılmasına başlanıb.

Xatırladaq ki, 2005-ci ilin oktyabr ayında həbs olunan Ə. İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq 2007-ci ilin aprel ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmü Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə qüvvədə saxlamışdı. Məhkəmə hökmündən Avropa İnsan Haqları Məhkəməsinə müraciətdən sonra adıçəkilən məhkəmə Ə.İnsanova 10 min avro kompensasiya ödənilməsi barədə qərar qəbul etmiş və işə yenidən baxılmasını tövsiyyə etmişdi. Ali Məhkəmənin Plenumunda Avropa İnsan Hüquqları Məhkəməsinin sabiq səhiyyə naziri Ə.İnsanovla bağlı qərarına baxılıb.

Plenumun qərarına əsasən, Ə.İnsanov barəsində Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsə də, 2014-cü ildə Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü yenidən qüvvədə saxlayıb. Ə.İnsanovun vəkili Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar