Əbdüləziz Osman əl-Tuveycri yenidən İSESCO-nun baş direktoru seçilib

Əbdüləziz Osman əl-Tuveycri yenidən İSESCO-nun baş direktoru seçilib. “Report” xəbər verir ki, bunu Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açıqlayıb. Nazirin sözlərinə görə, onun bilikləri və təcrübəsi dünyanın sülhsevər proseslərinə, islam dininin imicinin daha da yaxşı olmasına bundan sonra da kömək edəcək. İSESCO-nun baş direktoru isə çıxışında qeyd edib ki, bu böyük məsuliyyətdir: “Yenidən bu səlahiyyəti mənə tapşırdığınız üçün hər kəsə təşəkkür edirəm. Bu işi davam etdirmək mənim üçün böyük qürurdur. 2 dövr üçün seçilmək çox qürurverici hadisədir. Ümid edirəm ki, komandamız bir neçə il ərzində islam dünyasında aparılan birgə işlərə xüsusi diqqət yetirirəm. Bununla da sizin mənə olan inamınızı sarsıtmamağa çalışıram. Sössüz ki, hədəfələrə məqsədələ nail olmaq üçün müəyyən problemlərə rast gəlirik. Lakin yenə də öz vəzifəmizin öhdəsindən layiqincə gəlməyə çalışırıq”. O, sonda vəd edib ki, ümmətə xidmətini uğurlu şəkildə davam etdirəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar