Rusiya Türkiyə məhsullarını yüksək risk qrupuna daxil etdi

Rusiyanın istehlakçıların hüquqlarının qorunmasına nəzarət üzrə federal idarəsi ("Rospotrebnadzor") Türkiyə istehsalı olan yüngül sənaye məhsullarının, o cümlədən uşaq geyimləri, mebel, yuyucu vasitələrin keyfiyyətindən narazıdır.

APA-nın RIA "Novosti”-yə istinadın verdiyi məlumata görə, İdarədən bildiriblər ki, 2015-ci il boyu yüksək risk qrupuna daxil edilən məhsulların yoxlanılması həyata keçirilib: “İl boyu aparılan yoxlamalar nəticəsində yüngül sənaye məhsulları, o cümlədən uşaq geyimləri, mebel, yuyucu vasitələrin normativ tələblərə cavab verməməsi aşkar olunub. Hər bir fakt üzrə Rusiya qanunvericiliyinə uyğun tədbir görülür və məhsul yüksək risk qrupuna daxil edilir”.

Məlumatda o da bildirilir ki, "Rospotrebnadzor" keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməmə halları müşahidə olunduğu üçün Türkiyə məhsulları üzərində gücləndirilmiş nəzarət həyata keçirir. Ət məhsulları, su bioloji resursları, qənnadı məmulatları, meyvə, tərəvəz və quru meyvə yüksək risk qrupuna daxil edilib.

“Kommersant” isə yazır ki, Rusiya yaxın vaxtlarda Türkiyə məhsullarının Rusiyaya daxil olmasının məhdudlaşdırmaq niyyətindədir. Məhdudiyyət xüsusilə kənd təsərrüfatı məhsulları və avtomobillərin ehtiyat hissələrinə aid ediləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar