Gəncədə avtobus divara çırpıldı: 20-yə yaxın yaralı var

Gəncədə ağır yol qəzası baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər veir ki, Gəncədə 29 saylı marşrut üzrə hərəkət edən mikroavtobus Ozan küçəsində divara çırpılıb. Qəza nəticəsində 20-yə yaxın sərnişin xəsarət alıb. Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdiriliblər.

Yaralılardan 16-nın şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 6-nın vəziyyəti ağır, 10-nun vəziyyəti isə orta ağırdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar