Polis gücləndirlimiş iş rejiminə keçib

Bakının Nardaran qəsəbəsində baş verən silahlı insidentlə əlaqədar Sabunçu Rayon Polis İdarəsi (RPİ) gücləndiriilmiş iş rejiminə keçib.

“Report”un xəbərinə görə, hazırda RPİ-yə əlavə polis qüvvələri cəlb olunub.

Qeyd edək ki, Nardaranda keçirilən əməliyyat zamanı polisə silahlı müqavimət göstərilib. Dörd polis əməkdaşının öldüyü bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları qəsəbədə əməliyyat keçirən polislərə dəstək verib, saxlanılanlar var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar