Nardaranda radikallar qarşıdurmaya hazırlaşır - Yollar bağlanıb, "Molotov kokteyli" düzəldirlər

Nardaranda bir qrup radikal şəxs qəsəbəyə gedən yolları bağlayıb

Nardaranda baş verən silahlı insidentdən sonra bir qrup radikal şəxs "İmam Hüseyn" meydanına toplaşıb.

APA-nın hazırda Nardaranda olam əməkdaşı xəbər verir ki, onlar qəsəbəyə aparan yollara daş tökərək bağlayıb, qəsəbəyə kənar şəxslər, o cümlədən jurnalistlər buraxılmırlar. Qəsəbənin mərkəzinə keçmək istəyən ATV-nin avtomobili əzilib, əməkdaşı isə döyülüb. Meydanın ətrafına toplaşmış bir qrup şəxs armatur, lom və dəyənəklərlə silahlanıb.

"Azadlıq" radiosunun əməkdaşı Turxan Qarışqa "Facebook" səhifəsində yazıb: "Etirazçılar Molotov kokteyli hazırlayır. Hazırda meydanın mərkəzində butulkalara nöyüt tökülür. Kəndə girən yollara daş, dəmir tökülüb. Böyük etiraza hazırlaşırlar. Polis gözə dəymir".

Radikallar qəsəbə sakinlərini də onlara qoşulmağa tələb edilər.

Qeyd edək ki, bu gün Nardaranda bir qrup silahlı şəxs tərəfindən polisə müqavimət göstərilib. İki polis əməkdaşı həlak olub, yaralılar var.

Nardaranda son vəziyyət:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar