Nardaranda İTV-nin operatoruna xəsarət yetirilib, kamerası sındırılıb

Bakının Nardaran qəsəbəsində vəziyyət gərgin olaraq qalır. “Report”un xəbərinə görə, hadisə yerində çəkiliş aparan İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) operatoru döyülüb, ona xəsarət yetirilib. Bundan başqa, İTV-nin kamerası da sındırılıb.

Qeyd edək ki, bu gün polis Nardaranda əməliyyat keçirib. İki polis əməkdaşı həlak olub, cinayətkar dəstənin 4 üzvü öldürülüb. 14 nəfər saxlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar