2 İLDƏ GÖMRÜKDƏ 4,6 MİLYARD DOLLAR MƏNİMSƏNİLİB - Korrupsiyanı İFŞA edən ŞOK HESABAT

"2003-cü ildən 2013-cü ilə qədər yerli gömrük dövriyyədən təxminən 23 milyard dollar çıxarıb

“2003-2009-cu illər arası idxalda gizli dövriyyə 42.3 faiz təşkil edirdisə, 2010-2012-ci illərdə bu göstərici 62.7 faiz olub"

Azərbatcan hakimiyyəti korrupsiya ilə mübarizədən dəm vurduğu bir vaxtda təkçə bir sahədə

büdcədən OĞRANILAN pulların həçmi açıqlanıb. Rəqəmlər dəhşətlidir. Açgözcəsinə "udulan" milyardlar Azərbaycan vıətəndaşının- müəllimin, həkimin, təqaüdçünün, hətta məmurun cibindən OĞURLANLR.

Beləliklə, dəhşətli oğuurluğun statistikasına diqqət yetirək:

İqtisadçı ekspert Qubad İbadoğlu “Güzgü statistikası” metodologiyası əsasında Azərbaycanın 16 ticarət tərəfdaşı ilə idxal-ixrac əməliyyatlarını araşdırıb. “Media forum” saytının verdiyi xəbərə görə, ekspert bununla bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, 2010-2012-ci illərdə 12.3 milyard dollarlıq ticarət dövriyyəsi qeydiyyata düşməyib.

Araşdırmaya cəlb olunan ölkələrin Azərbaycanın idxalında payı 75 faizdən çoxdur. Qubad İbadoğlunun təqdimat zamanı verdiyi məlumata görə, Azərbaycanın 16 aparıcı ölkədən idxalı bütün əməliyyatların 76,3%-i təşkil edir.

Qubad İbadoğlunun hesablamasına görə, idxaldan yayınmalar nəticəsində dövlət büdcəsi 2010-2012-ci illərdə 4.6 milyard dollar itirib.

Ekspert deyib ki, son on ildə gizli idxal dövriyyəsi artan istiqamətdə davam edib: “2003-2009-cu illər arası idxalda gizli dövriyyə 42.3 faiz təşkil edirdisə, 2010-2012-ci illərdə bu göstərici 62.7 faiz olub (hələlik keçən illə bağlı məlumat yoxdur). Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmamağının bir səbəbi də budur. Çünki bu təşkilata üzvlük gömrükdə şəffaflığın olmasını tələb edir. Məişət səviyyəsində korrupsiyanın qarşısı alınsa da, ən böyük korrupsiya fiskal orqanlardadır. Büdcədən bu vəsaitlərin yayındırılması vergi yükünün sahibkarların üzərinə düşməsi ilə nəticələnir. Gizli dövriyyə büdcədən yayındırmalara, daxili bazarda inhisarçılığa, mikrosəviyyəli uçot və hesabat sistemində problemlərə səbəb olur”.

İdxalda kənarlaşmanın maksimum 10 faiz ola biləcəyini deyən iqtisadçı ekspertin sözlərinə görə, araşdırmaya cəlb olunmuş ölkələr üzrə bu göstərici bir neçə dəfə çoxdur.

Almaniya gömrüyündə bu illərdə Azərbaycan üçün 3 mlrd 168,46 mln dollar məbləğində mal qeydiyyata alınıb, yerli gömrükdə 44,5% hesablanmayıb (hər iki ölkənin DGK-nin rəsmi məlumatı). Macarıstandan ucuz idxal 218,17%, Belarusdan - 81,27%, Çindən – 51,8%, Türkiyədən – 120,37% (7,61 mlrd dollarlıq daxil olmalarla), Rusiyadan– 56,4% (6,52 mlrd dollarlıq idxalla) təşkil edib. Qeydə alınmayan idxal mallarına görə Gürcüstan öndədir – Azərbaycan gömrükçüləri bura göndərilən malların 575,6%-i qeydiyyata salmağı unudub.

Cəmi 2003-cü ildən 2013-cü ilə qədər yerli gömrük dövriyyədən təxminən 22 mlrd 960,09 mln çıxarıb – 10 ildə bu pullar dövlət büdcəsinə çatmayıb. Bu pullar hesabına büdcə təşkilatlarında çalışanların əmək haqqını və pensiyaları iki dəfə artırmaq olardı, - İbadoğlu bildirib. Bu məlumatlar nəzərə alınaraq ÜDM-in səviyyəsinin səhv hesablandığını demək olar, - o artmır, ildən ilə azalır.

İqtisad elmlər doktorunun sözlərinə görə, topdan satış bazaları və pərakəndə ticarət obyektlərində ciddi uçot və hesabatlılığın olmaması da əlavə başağrısı verir. Bu səviyyədə olan demək olar bütün müəssisələr malları yol-nəqliyyat xərcləri və digər əlavə sənədlərsiz götürür. Nəticədə satıcılar vergi orqanları ilə «dədə-baba qaydası» ilə hesablaşır – müfəttişin dediyi qədər ödəyirlər.

Araşdırmada qeyd olunur ki, 2012-ci ildə idxalda kənarlaşmalar üzrə vəziyyət belədir: Almaniya - 33.1, Belarus - 104.6, Çin - 69.3, Macarıstan - 105.9, Rusiya - 106.4, Türkiyə - 94.8, Gürcüstan - 382.4, Ukrayna - 42.2, Böyük Britaniya - 62.5, Qazaxıstan - 2.5, İtaliya - 96.2, Cənubi Koreya - 16.2, İsrail - 126.3 faiz.

Bu pullar kim(lər)in cibindədir.Baş Prokurorluğa cinayət işi qaldırmaq üçün daha hansı faktlar lazımdır.

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar