"Rusiya iki ildir NATO-nu qorxutmağa çalışırdı" - Metyu Brayza

Rusiya beynəlxalq qanunvericiliyi pozub və NATO-ya qarşı qeyri-dost hərbi akt həyata keçirib. Bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib.

Onun sözlərinə görə, Türkiyə etnik rusları bombalasaydı, təbii ki, bu, Rusiyanın xoşuna gəlməzdi.

M.Brayza qeyd edib ki, Rusiya artıq iki ildir bu oyunu oynayaraq NATO-nu qorxutmağa çalışır: "Bu insident gec-tez baş verəcəkdi, çünki Rusiyanın NATO-nun hava məkanını pozması buna gətirib çıxaracaqdı".

İnsidentin iqtisadi nəticələrinə gəlincə, o, əlavə edib ki, Rusiyanın atacağı iqtisadi addımlar radikal xarakterli olmayacaq: "Qazprom"a Türkiyə bazarı lazımdır. Hər halda Türkiyəyə Rusiya qazının tədarükündə yubanmalar olmayacaq. Rusiya yəqin ki, Türkiyə istehsallı qida məhsullarının idxalını dayandıracaq".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar