Azərbaycanın cəbhəboyu sakinləri bilərəkdən sudan məhrum edilirlər - AŞPA komitəsi

"Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının 20 ildən artıqdır baxımsız vəziyyəti bütün sərhədboyu regiona təhlükə törədir".

APA-nın Avropa Şurası Parlament Assambleyasının saytına istinadən verdiyi məlumata görə, bu barədə AŞPA Sosial Məsələlər Komitəsinin qəbul etdiyi “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı məruzənin qətnamə layihəsində bildirilir.

Milisa Markoviçin müəllifi olduğu məruzədə bildirilir ki, Sərsəng su anbarının təmirsiz vəziyyəti insan itkisi və humanitar böhranla nəticələnə biləcək fəlakətə səbəb ola bilər: "Bu humanitar problem fonunda Komitə Ermənistan Silahlı Qüvvələrinin həmin ərazidən çıxarılmasını tələb etməklə yanaşı, həm də müstəqil mühəndis və hidroloqların ərazidə araşdırma aparmasına, irriqasiya kanallarına, Sərsəng və Madagiz anbarlarının vəziyyətinə, payız və qışda suyun buraxılması cədvəlinə beynəlxalq nəzarətin olması ilə bağlı müraciət edir".

Sənəddə o da bildirilir ki, Azərbaycanın cəbhəboyu sakinləri bilərəkdən sudan məhrum edilirlər.

Ermənistan hakmiyyəti su mənbələrindən siyasi təzyiq aləti kimi istifadəni dayandırmağa çağırılır.

Qeyd edək ki, “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı məruzənin qətnamə layihəsi AŞPA Sosial Məsələlər Komitəsinin noyabrın 23-də Parisdə keçirilən iclasında qəbul edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar