Daha bir vertolyot vuruldu - FOTO

"Taliban" terror təşkilatının döyüşçüləri "Valan International Cargo Charter" Moldaviyaşirkətinə məxsus vertolyotu vurub. ANS PRESS-in məlumatına görə, vertolyot Əfqanıstanda BMT himayəsi altında sülh əməliyyatında iştirak edirmiş.

Əfqan mətbuatının məlumatına görə, vertolyot taliblərin nəzarətində olan Kunduz əyalətinin ərazisində qəzaya düşüb. Faryab əyalət polisinin rəisi Sayed Aka Sakeb vertolyotun içində olan 18 nəfərin əsir götürüldüyünü, üç nəfərin isə həlak olduğunu bildirib.

Həlak olanların adları açıqlanmır. Moldava hökümət rəsmiləri əsirlikdə olan şəxslərin azad olunması üçün danışıqlara başlayıb.

Vurulan vertalyot

İnformasiyanı "Valan International Cargo Charter" aviaşirkəti və ABŞ-ın hökumət nümayəndələri təsdiq edib. Noyabrın 24-də Balan şəxsi telekanallarından birinin efirində bildirilib ki, Əfqanıstanda Moldova şirkətinə aid vertolyot atəşə tutulub. Ekipaj və sərnişinlərin taliblərə əsir düşdüyü ehtimal olunur.

Ötən gün Türkiyə - Suriya sərhədində Rusiyaya məxsus hərbi helikopter vurulub. Hadisə Suriyanın Hatay şəhəri ilə sərhədində baş verib. Helikopterin Suriya üsyançıları tərəfindən vurulduğu bildirilir. Üsyançılar Rusiya vertolyotunu ABŞ istehsalı “Tow” raketləri ilə vurub.

Helikopter Suriyanın Latakiya şəhəri ərazisində hökümət qüvvələrinin nəzarətində olan bölgənin yaxınlarında yerə düşüb. Həmin gün həmçinin hava sərhədini pozduğuna görə Rusiyaya məxsus "Su 24" qırıcısı Suriya-Türkiyə sərhədin də vurulub.

Helikopterin vurulduğu ərazi xəritədə

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar