Ərdoğandan Putinə xəbərdarlıq: “Bizi növbəti addımlar atmağa vadar etməsinlər”

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiuyanın Suriyada yerləşdirdiyi S-400 “Trimf” raketlərinin Türkiyə təyyarələrini vurarsa, bunu təcavüz aktı hesab edəcəyini deyib. Modern.az xəbər verir ki. bu barədə Ərdoğan “CNN” telekanalına müsahibəsində bildirib.

Jurnalistin ehtimal olaraq Ruisiyanın Türkiyə təyyarəsini vurmasına rəsmi Ankaranın hansı reaksiyanı verəcəyi sualını cavablandırarkən Ərdoğan belə bir hadisənin baş vermə ehtimalının yüksək olduğunu və buna qarşı təxirəsalınmaz addımlar ata biləcəklərini deyib:

“Biz regionda hər hansı gərginlik ocağı görmək istəmirik. Biz bunda iştirak ertmək istəmirik. Hesab edirəm ki, Suriyaya dəstək olanlar və onu silahlandıranlar baş verənlərə görə məsuliyyət daşıyır. Əgər Türkiyə təyyarəsi vurularsa, bu bizə növbəti addımlar atmağa vadar edəcək”.

Ərdoğan Rusiyanın hələ Bəşər Əsədin atası Hafiz Əsədin zamanında Suriyanı silahlandırdığını deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar